LİTOSFER PLİTƏLƏRİ (TAVALARI)

Yerin seysmik qurşaqlarının oxu boyu uzanan tektonik qırılmalarla ayrılan litosferin iri blokları. Yeni qlobal tektonika konsepsiyasına əsasən L.p. astenosfer qatı üzərində daima hərəkətdə olub, gərilmə zonasından (orta okean silsilələri) sıxılma zonasına (Benyof və ya sorulma zonası) doğru yerini dəyişir. Birbirilə toqquşaraq materiklərin kənarına görə alta keçməyə (subduksiya) və ya üstəgəlməyə (obduksiya) məruz qalır. Plitələr transform qırılmalar boyunca da hərəkət edə bilər. литосферные плиты lithospheric plates
LİTOSFER
LİTOSFER SƏTHİNİN ORTA SƏVİYYƏSİ
OBASTAN VİKİ
Litosfer tavaları
Litosfer
Litosfer (yun. λίθος (litos)— daş və σφαίρα (sfera)— təbəqə) – Yerin üst bərk qatı. Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiya daxil edilir. Litosfer əlaqələndirici təbəqədir.Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal ki,onun qalınlığı materik Yer qabığında 150–200 km-ə qədər,okeanlarda isə 90 km-ə çatır.«Litosfer» və «Yer qabığı» məfhumlarının mənasını eyniləşdirmək olmaz. == Litosfer qatları == Yer qabığı 1.Materik yer qabığı.2.Okean yer qabığı.3.Keçid qabığ(Böyük materiklərin kənar hissələri üçün xarakterikdir). Materik qabığı 3 qatdan ibarətdir: Çökmə qat Qranit qat. Bazalt qat. Qranit qata silisium və alüminium çox olduğu üçün SiAl təbəqəsi,bazalt qata isə silisium və maqnezium çox olduğu üçün SiMa təbəqəsi deyilir. Okean qabığı isə 2 qatdan ibarətdir.Qranit qat yoxdur. Çokmə qat.